Azərbaycanda
və ümumilikdə dünyada təhsil sistemində ciddi problemlər mövcuddur və
onların böyük bir hissəsi obyektiv xarakter daşıyır. Dünyanın bir çox
ölkələrində bu problemləri həll etmək istiqamətində müxtəlif tədbirlər
həyata keçirilməkdədir. Bir məsələ tam aydındır ki, bu obyektiv problemlərin
kökü “informasiyanın istehlakı” problemidir. Bu səbəbdən
təhsilin elmi nailiyyətlərdən geri qalma tendensiysı getdikcə güclənir.
Müasir elm və texnologiyanın inkişafının bir-başa təhsildən asılı olduğunu
nəzərə alsaq, təhsildəki problemlər bəşəriyyət qarşısında ciddi və qlobal
xarakter daşıyan problemlərin əsas səbəbi kimi götürülə bilər.
Bu layihə-məqalə göstərilən problemlərin həll üsullarına həsr olunub...
Mündəricat
1. İstilahlar
2. Giriş
3. VTS-in kompleks sistemləri və onların həll edəcəyi məsələlər haqqında
3.1. Ümumi İnformasiya Bankı Sistemi (ÜİBS)
3.2. Təhsildə Yoxlama, Qiymətləndirmə və Keçid Sistemi (TYQKS)
3.3. Təhsildə Təlim/Tədris Sistemi (TTTS)
4. Kompleks Sistemlərin yaradılması mərhələləri haqqında
5. Ənənəvi Təhsil Sistemindən Virtual Təhsil Sisteminə keçid məsələləri haqqında
6. Cari və gözlənilən problemlər və onların həlli haqqında
7. Gözlənilən nəticələr haqqında
8. “Virtual Təhsil Sistemi” layihəsi üzrə görülmüş işlər haqqında
Azərbaycanda və ümumilikdə dünyada təhsil sistemində ciddi problemlər mövcuddur və onların böyük bir hissəsi obyektiv xarakter daşıyır. Dünyanın bir çox ölkələrində bu problemləri həll etmək istiqamətində müxtəlif tədbirlər həyata keçirilməkdədir. Bir məsələ tam aydındır ki, bu obyektiv problemlərin kökü “informasiyanın istehlakı” problemidir. Bu səbəbdən təhsilin elmi nailiyyətlərdən geri qalma tendensiysı getdikcə güclənir. Müasir elm və texnologiyanın inkişafının bir-başa təhsildən asılı olduğunu nəzərə alsaq, təhsildəki problemlər bəşəriyyət qarşısında ciddi və qlobal xarakter daşıyan problemlərin əsas səbəbi kimi götürülə bilər.
Bu günkü təhsil sistemində həlli zəruri olan problemlər əsasən aşağıdakılardır:
və digər problemlər təhsil sisteminin normal inkişafına ciddi maneələr yaradır. Son 50 il ərzində elm və texnologiya sahələrindəki ciddi dəyişiklikləri, təhsil sistemində aparılan və ya aparılması planlaşdırılan islahatlarda nəzərə almaq zəruridir. Artıq təhsil problemlərinin ənənəvi üsullarla həllinin qeyri-mümkünlüyü aydındır. Bu mənada Ənənəvi Təhsil Sistemi(ƏTS) doymuş məhlula bənzəyir və bura nə isə əlavə edərək - keyfiyyət dəyişikliyinə nail olmaq qeyri-mümkündür. Artıq İnformasiya Kommunikasia Texnologiyalarının, təhsil problemlərini həll etmək üçün real və yeganə vasitə olduğu şübhəsizdir. İKT vasitəsilə ənənəvi üsullarla həll edilməsi mümkün olmayan bir çox məsələlərin – problemlərin həll etdilməsi imkanı yaranıb. Hal hazırda ƏTS-də islahatların aparılması, virtual xarakterli təhsil sisteminin hazırlanması üçün zəruri İKT-də, aşağıdakı məsələləri realizə olunub:
və İKT-də realizə olunmuş digər inqilabi texnologiyalar təhsil sistemindəki əsas problemlərin real həllinə şərait yaradır.
Bununla yanaşı İKT-nin cəmiyyətə tətbiqi ilə bağlı aşağıdakı məsələlər də reallaşıb:
Onu da qeyd edək ki, təhsil sistemlərinin bünövrələri dünyada gedən qloballaşma prosessindən kənardadır və yəqin ki, bu hal dəyişməz qalacaq. Səbəb isə hər bir təhsil sisteminin məxsus olduğu ölkənin milli dəyərləri əsasında formalaşmasıdır. Bu səbəbdən yuxarıda sadaladığımız və ya qeyd etmədiyimiz digər problemlər müxtəlif ölkələrdə müxtəlif vasitə və üsullarla həll olunur. Bu səbəbdən hansısa xarici ölkənin təhsil sistemini olduğu kimi tətbiq etmək, problemləri həll etmir, əksinə digər daha ciddi problemlər əmələ gətirir.
Azərbaycan Respublikasında mövcud təhsil sistemi yuxarıda qeyd etdiyimiz problemlərdən kənarda qalmayıb. Ölkə təhsil sistemində ciddi islahatların aparılması zəruriyyəti danılmazdır. Bu islahatlar ölkənin öz imkanlarıla reallaşmalıdır. Xaricdən, hətta inkişaf etmiş hər hansı bir ölkənin və ya ölkələrin təhsil sistemlərini birə-bir tətbiqi, təhsil sistemində daha ciddi problemlərin əmələ gəlməsinə səbəb ola bilər. Təhsil İslahatları, əldə olan müsbət təcrübəyə və İKT-nin imkanlarını tətbiqi ilə aparılmalıdır və nəticədə virtual xarakterli təhsil sistemi yaradılmalıdır.
Təklif olunan Virtual Təhsil Sistemi (VTS), sadalanan problemləri həll etməklə yanaşı, təhsil sahəsində aparılması zəruri olan islahatların İKT-lə bağlı məsələlərini həll etmək məqsədilə yaradılır.
Birinci olaraq qeyd etməliyik ki, Ənənəvi Təhsil Sistemindən (ƏTS) Virtual Təhsil Sisteminə (VTS) keçid inqilabi xarakter daşımamalıdır. Yəni mövcud təhsil sistemini deklorativ qaydada dəyişdirmək yolverilməzdir və burada bütün islahatlar tədricən həyata keçirilməlidir.
İkincisi, VTS-in bütün kompleks sistemləri bu məqalənin 4-cü bölməsində (“Kompleks Sistemlərin yaradılması mərhələləri haqqında”) göstərilmiş texnoloji mərhələlər və tələblər əsasında yaradılmalıdır.
Üçüncüsü, VTS-in kompleks sistemləri digər təhsil sistem modellərinə tətbiq oluna bilər. Xüsusilə VTS-in funksional kompleks sistemləri – “Təhsildə Yoxlama, Qiymətləndirmə və Keçid Sistemi” (TYQKS) və “Təhsildə Təlim/Tədris Sistemi” (TTTS) heç bir xüsusi dəyişikliklər edilmədən tətbiq oluna bilər[5].
Dördüncüsü, VTS-in tam həcmdə (bütün kompleks sistemlərilə) istismarı mərhələlər üzrə aparılır:
Təqdim olunan, məlumatlandırma xarakteri daşıyan bu məqalə, İKT-nin tətbiqi ilə təhsil problemlərinin həll edilməsi məsələlərinə əhatə edərək, Təhsil sahəsində gözlənilən islahatlara yardım məqsədilə hazırlanıb və özündə “Texniki Layihə” mahiyyətini daşımır.
![]() | ![]() | ![]() |
![]() | ![]() | |
| ADPU-nun tələbələri VTS-TEST vasitəsilə imtahan verirlər | ||
Etibar Axundov
Əlaqə saxlamaq üçün buraya sıxın.
Virtual Təhsil Sistemi (VTS) bir-birinə bağlanmış (ümumi interfeysə malik) 5 kompleks sistemdən ibarət olub, VTS-in tam funksional fəaliyyət göstərməsinə imkan yaradacaq. Bu bölmədə hər bir kompleks sistem haqqında qısa və papulyar şəkildə açıqlama verilib. Bu məsələlər haqqında daha geniş və dolğun məlumat “Təklif Layihə”-də öz əksini tapır[6]. Bölmədəki kompleks sistemlər mühümlük dərəcəsinə görə sıralanıb.
Bu sistem VTS-in əsasən digər sistemlərin informasiya təminatını təmin etmək üçün nəzərdə tutulub, aşağıdakı məlumatlar bazalarını özündə cəmləyir:
və digər məlumatlar toplanmış verilənlər bazaları ilə işləyən alt-sistemlər aşağıdakı funksional tələblərə cavab verməlidir:
Bu sistem VTS-in digər kompleks sistemlərinin hazırlanmasında və gələcək inkişafında önəmli yer tutduğu üçün birinci növbədə yaradılmalıdır[7]. Bu sistemin “İstismar” mərhələsinə cəlb olunmuş mütəxəssislər təhsil məsələlərilə bu və ya digər şəkildə əlaqəsi olan dövlət qurumlarına ekspert xidmətləri göstərməklə yanaşı, VTS-lə dövlət qurumları arasındakı münasibətlərin tənzimlənməsi, birgə işin təşkil olunması istiqamətində çalışacaqlar.
Sistemin yaradılma mərhələləri bu məqalənin 4-cü bölməsində göstərilən qaydada aparılacaq.
Mövcud təhsil sistemlərində təhsil pillələri arasında keçid, öyrənənin(şagirdin, tələbənin və d.) biliklərinin yoxlanılması və qiymətləndirilməsi ilə həyata keçirilir. VTS-in funksional kompleks sistemi olan TYQKS-nin əsas üstünlükləri aşağıdakılardır:
və s.
Bu kompleks sistem VTS-in funksional[9] alt-sistemi olub, birinci növbədə yaradılacaq. Sistemin yaradılma mərhələləri bu məqalənin 4-cü bölməsində göstərilən qaydada aparılacaq.
Müasir İK texnologiyaları təlim/tədris prosessinin tam kompüterləşdirilməsinə imkan verir. Müxtəlif tip informasiyaların, o cümlədən, mətni, qrafik, audio, video məlumatların tam emal olunma imkanları, virtual animasiya sistemlərinin yaradılması imkanları, sürətli kommunikasiya xətlərinin mövcudluğu və s. təlim/tədris prosesinin effektivliyinin dəfələrlə artırılmasına imkan verir. Təlim/tədris prosesini tam əhatə edə biləcək, Dərslik-Müəllim(DM) elektron dərsliklər TTTS-in bünövrəsini təşkil etməklə, ƏTS-dəki dərsliklərdən aşağıdakı üstün imkanlarına görə fərqlənəcəklər:
və s. bu kimi imkanlar VTS-TYQKS-in “Təklif Layihə”-sində öz əksini tapır. Sistemin yaradılma mərhələləri bu məqalənin 4-cü bölməsində göstərilən qaydada aparılacaq.
Təhsil sistemlərinin ən əsas problemlərindən biri təhsil standartları məsələsidir. Təhsil standartlarının minimumu, təlim/tədrisin mövzu əhatəliyini təyin etməklə, təhsil pillələri arasında keçid təmin edən meyar ölçüsüdür. Bu standartların müəyyən olunması, operativ olaraq dəyişdirilməsi və s. ƏTS-in ən böyük problemlərindəndir. VTS-TSS bu tip problemləri həll etmək üçün yaradılır. Qeyd etdiyimiz kimi Təhsil Standartları milli xarakter daşıyır, ölkədə təhsilin keyfiyyət ölçüsüdür. Bu isə öz növbəsində VTS-TSS-dən istifadəni zəruri edir.
Virtual Təhsil Sistemində “Təhsil Standartları Sistemi” kompleks alt-sistemi aşağıdakı mürəkkəb məsələləri həll edəcək:
TSS-in ekspertləri VTS-in istismarının ilk dövrlərində (4-5 il) təhsilin digər standartları, o cümlədən, təhsil iqtisadiyyatı, kadrlar və d. sahələrlə bağlı məsələlərin həllində dövlətin digər qurumları ilə əməkdaşlıq edirlər.
Bu sistemin həll edəcəyi bütün məsələlər “Makro Layihə” və “Texniki Layihə”də müəyyənləşəcək.
Təhsilə cəlb olunmuş maddi, elmi, pedaqoji və d. resursların Avtomatlaşıdırlmış İdarəetmə Sistemidir. VTS-in və ümumilikdə bütün təhsil sisteminin idarəolunma və nəzarət mexanizmlərini özündə cəlb etməklə, müxtəlif səviyyələrdə prioritetlər əsasında ölkənin təhsil sisteminin optimal və effektiv üsullarla idarə olunmasına yardım məqsədilə yaradılır. TAİS, təhsilin şaquli idarəolunma, üfiqü və şaquli nəzarət mexanizmlərinə(alt-sistemlərə) malik olacaq.
Bu sistemin həll edəcəyi bütün məsələlər “Makro Layihə” və “Texniki Layihə”də müəyyənləşəcək.
İKT sahəsində yaradılan bütün sistemlər müəyyən zəruri texnoloji mərhələlərdən keçməlidirlər. Bu mərhələlri keçməyən və ya qismən keçən sistemlər qüsurludurlar və istismar zamanı gözlənilməz, neqativ problemlərin əmələ gəlməsinə səbəb olur.
Bu məqalənin 3-cü bölməsində qeyd olunan bütün kompleks sistemlər aşağıdakı texnoloji mərhələlər vasitəsilə realizə olunur.
1. “Texniki məsələ” mərhələsi: “Təklif Layihə” əsasında “Makro layihə” sənədinin hazırlanması və sifarişçilə rəsmi razılaşdırma.
2. “Texniki layihə” mərhələsi:
2.1. “Makro layihə” sənədi əsasında, sistemin qlobal alqoritmlərini, texniki sənədlərin hazırlanma qaydalarını, tətbiq olunacaq alqoritmik dilləri və verilənlər bazalarının tiplərini, layihənin yerinə yetirilməsinə cəlb olunacaq mütəxəssislərin səviyyə göstəricilərini, mərhələlər üzrə təqvimi planı və digər parametrləri əhatə edəcək “Texniki layihə” sənədinin hazırlanması və sifarişçilə rəsmi razılaşdırma.
2.2. “Ekspremental tətbiq” mərhələsi üçün “Sistemə Nəzarət məsələsi” sənədinin hazırlanması.
3. “Proqramlaşdırma” mərhələsi:
3.1. “Texniki layihə” sənədi əsasında proqram təminatının yaradılması (alfa versiya).
3.2. Proqram təminatının “Sistemə Nəzarət məsələsi” sənədi əsasında sazlanması (beta versiya)
3.3. Proqram təminatının “İstismar səhvləri və təkliflər” sənədi əsasında sazlanması (stability versiya)
4. “Ekspremental tətbiq” mərhələsi: Proqram təminatının qabaqcadan hazırlanmış “Sistemə Nəzarət məsələsi” sənədi vasitəsilə yoxlanması. Bu mərhələnin nəticəsi:
4.1. “İstismar səhvləri və təkliflər” sənədi.
4.2. “İstismar qaydaları” sənədi (əsasnamə).
5. “İstismar” mərhələsi:
5.1. “Texniki layihə” sənədi əsasında istismar üçün nəzərdə tutulan texniki vasitələrin alınması, yerləşdirilməsi, sazlanması.
5.2. “Texniki layihə” və “İstismar qaydaları” sənədlərinin tələbləri əsasında müxtəlif istiqamətli kadrlar qruplarının hazırlanması.
5.3. “İstismar qaydaları” sənədi əsasında istismara başlamaq.
5.4. Sistemin gələcək versiyaları üçün nəzərdə tutulan “Tələb və təklif” sənədlərinin hazırlanması.
Yalnız bu mərhələlərdən müvəffəqiyyətlə keçmiş, gözlənilən nəticələrlə əldə olunan real nəticələr arasında fərq olmayan sistem istismara buraxıla bilər.
Yuxarıda sadalanan mərhələlərdə aşağıdakı bəzi məsələləri nəzərə almaq lazımdır.[11]
Cəlb olunacaq mütəxəssislər
Sistemin ümumi və mərhələlər üzrə qiymətləndirilməsi
Məlum olduğu kimi mövcud Ənənəvi Təhsil Sistemləri tədricən virtuallaşırlar. İnkişaf etmiş ölkələrdə İKT-nin təhsilə geniş tətbiqi yaxın gələcəkdə bu ölkələrin virtual xarakterli təhsil sistemlərinə keçəcəklərini göstərir. Bu sahədə vahid standartlar yoxdur. Hər ölkə öz maraqları çərçivəsində bu məsələni həll etməyə çalışırlar. İnkişafı zəif olan ölkələr isə sadəcə bu sistemlərin istismarı vasitəsilə öz təhsil problemlərini həll etməyə cəhd edirlər. Amma bu cəhdlərin müvəffəqiyyətsizliyi qabaqcadan məlumdur.
Azərbaycan öz inkişafında yüksək bir fazaya daxil olmuşdur. Təhsilin bu günkü vəziyyəti yeni təhsil texnologiyalarının tətbiq edilməsini qaçılmaz edir. VTS-in Azərbaycan Respublikasında tətbiqi mərhələlərlə həyata keçirilməlidir və bu sahədə “inqilabi islahatlar” yolverilməzdir və aşağıdakı mərhələlərlə həyata keçirilir:
ƏTS-dən VTS-ə keçid prosessi “Makro Layihə” və “Texniki layihə”-də tam əksini tapmalıdır.
VTS-də həll olunan məsələlərin bir çoxu ƏTS-də yoxdur. Təhsil sistemi məsələlərinin yeni texnologiyaların tətbiqi ilə həll edəcək VTS kifayət qədər ciddi problemlərin yaradacağı şübhəsizdir. Bu problemlərin demək olar ki, hamısı bu və ya digər şəkildə ƏTS-lə bağlıdır. VTS-in paralel və alternativ şəkildə istismarı bu problemlərin tezliklə aradan götürülməsinə şərait yaradacaq.
Sırf VTS-lə bağlı bəzi problemlər və onların həll olunma mexanizmləri aşağıdakı cədvələdə göstərilib.
| №№ | Problem | Həlli |
| 1. | VTS sistemini yaradacaq mütəxəssislərin azlığı |
2 ildən sonra ilk VTS qrup tam fəaliyyət göstərə bilər |
| 2. | VTS sisteminin istismarı ilə bağlı mütəxəssislərin yoxluğu |
|
| 3. | Təhsil müəssislərində VTS sisteminin istismarı üçün texniki vasitələrin çatışmazlığı |
|
| 4. | Fənn müəllimlərinin və tələbələrin VTS-dən istifadə etməsilə bağlı problemlər |
|
və s.
VTS-in isismarı ilə bağlı gözlənilən bütün problemlər və onların həlli üsulları haqqında məlumatlar “Makro Layihə” və “Texniki layihə”-də tam əksini tapır.
VTS-in tam tətbiqinin ümumiləşdirilmiş nəticələri aşağıdakılardan ibarət olacaq:
1. Təhsil sisteminin pillələrinin sayına məhdudiyyət götürüləcək, bununla təhsilin kəsilməzlik problemi həll olunacaq.
2. Təhsil fərdi xarakter alacaq. Hər bir öyrənən təhsil standartları üzrə müəyyən olunmuş minimumular üzrə zaman, məkan məhdudiyyətləri qoyulmadan, öyrənmək və imtahan verərək növbəti pilləyə keçmək imkanına malik olacaq[14].
3. Təhsilin təlim/tədris, yoxlama/qiymətləndirmə/keçid üçün dinamik təhsil standartları sistemi yaranacaq.
4. Təhsil müəssisələrinin muxtariyyət, öyrənənlərin təhsil sərbəstliyi hüquqları artırılmaqla yanaşı, təhsil sisteminin idarəetmə mexanizminin imkanları maksimuma çatdırılacaq[15].
5. Pedaqoji nəticələrə görə pedaqoqların yerləşdirilməsi, əməklərinin qiymətləndirilməsinin maksimum ədalətli mexanizmi yaranacaq.
6. Öyrənənlərdə seçmək hüququ “Dərslik-müəllif” elektron vasitələrini yaradan və ya onlardan istifadə edən pedaqoqlar arasında ədalətli rəqabət mexanizmi formalaşdıracaq.
7. Zaman və məkan məhdudiyyəti olmadan, təhsil verənlərin və təhsil alanların attestasiya, yoxlama, lisenziyalaşdırma və d. bu kimi məsələlər operativ və effektiv şəkildə həll olunacaq.
8. Şaquli və horizontal nəzarət mexanizmləri ölkə üçün önəmli olan şəffaflıqla bağlı problemlərin həllinə yardım edə biləcək.
9. VTS öz mahiyyətinə görə yeni təhsil texnologiyasıdır. Bu texnologiyanın bəzi elementləri inkişaf etmiş ölkələrdə istifadə olunsada, VTS-in imkanları hələ tam realizə olunmayıb. Bu səbəbdən VTS-in dünya təhsil sistemində bir standarta çevrilməsi istisna deyil.
10. VTS Azərbaycanın təhsil texnologiyası kimi xarici ölkələrə satıla və ya icaraəyə verilə bilər. Bu isə ölkəyə müxtəlif sahələrdə dividendlər gətirə bilər.
Məqalə və məlumatlar:
1. “Azərbaycan Təhsil Sistemi: problemlər və perspektivlər” silsilə məqalələr, “Məşvərət” bülleteni Bakı 2000. №№ 29, 31, 32, 33, 35.
2. “Hamı üçün İnternet” kitabı
3. “Hamı üçün kompüter” kitabı
4. http://www.tehsil.20m.com saytında gedən məqalə və məlumatlar.
- Təhsil sahəsində dünyada və Azərbaycanda aparılan (və aparılması zəruri olan) islahatlar: http://tehsil.20m.com/islahat/islahat_cont.htm
- http://tehsil.20m.com/islahat/isl1-1.htm
- http://tehsil.20m.com/islahat/isl1-2.htm
- http://tehsil.20m.com/islahat/isl2-1.htm
- http://tehsil.20m.com/islahat/isl2-2.htm
- http://tehsil.20m.com/islahat/isl2-3.htm
- http://tehsil.20m.com/islahat/isl2-4.htm
- http://tehsil.20m.com/islahat/isl2-5.htm
- http://tehsil.20m.com/islahat/isl2-6.htm
- http://tehsil.20m.com/islahat/isl2-7.htm
- http://tehsil.20m.com/islahat/isl2-99.htm
- http://tehsil.20m.com/islahat/isl3-1.htm
- http://tehsil.20m.com/islahat/isl3-2.htm
- http://tehsil.20m.com/islahat/isl3-3.htm
- http://tehsil.20m.com/islahat/isl3-4.htm
- http://tehsil.20m.com/islahat/isl3-5.htm
3. http://www.tehsil.azerall.info saytında gedən məqalələr və məlumatlar.
4. http://www.soft.tusi.biz saytında gedən məlumatlar:
- http://tusisoft.loc/ts_general/azl/news/tsn-2.htm
- http://tusisoft.loc/ts_general/azl/news/tsn-7.htm
- http://tusisoft.loc/ts_general/azl/news/tsn-9.htm
- http://tusisoft.loc/ts_general/azl/news/tsn-11.htm
- http://tusisoft.loc/ts_general/azl/news/tsn-14.htm
- http://tusisoft.loc/ts_general/azl/news/tsn-15.htm
Təhsillə bağlı sistemlər:
1. “1-ci sinif şagirdləri üçün hesab əməllərini öyrədən sistem”
2. “İbtidai siniflər üçün kəmiyyətlərin müqayisəsi sistemi”
3. “İngilis dilini interaktiv şəkildə öyrədən sistem”
4. “Orta məktəb şagirdlərinin və abuturiyentlərin biliklərinin yoxlanılması sistemi”[16]
5. “Meyl və maraqlar əsasında uyğun peşənin müəyyən olunması ekspert sistemi”
6. “VTS-TEST – ali məktəblərdə test vasitəsilə imtahanların keçirilməsi sistemi”[17].
* Bu məqalədə Virtual Təhsil Sistemi haqqında zəruri məlumatlar populyar formada açıqlanır.
[2] Bu məqalə VTS-lə bağlı ümumi informatik xarakter daşıyır, populyar formada hazırlanıb. VTS-in və onun kompleks-sistemlərinin tam təsviri(texniki, alqoritmik, funksional və s.) “Makro Layihə” və “Texniki Layihə”-lərdə veriləcək.
[3] Bu bir çox praktik xarakter daşıyan məsələlərin virtual variantını yaratmağa imkan verir. Məsələn, kimyavi təcrübələr, tibbdə cərrhahiyyə əməliyyatı və s.
[4] Müxtəlif “Xalq kompüteri” layihələri yaxın gələcəkdə hər bir şəxsin FK-ə malik olmasına şərait yaradacaq. Məsələn, BMT xətti ilə Afrikada, iqtisadi cəhətcə çox zəif ölkələrin təhsil müəssisələrinə qiyməti 100$ civarında olan kompüterlər hədiyyə olunur.
[5] ADPU-da istifadə olunan VTS-TEST sistemi ƏTS-ə inteqrasiya olunaraq, müvəffəqiyyətlə istismar olunur.
[6] VTS-in kompleks sistemlərinin “Təklif Layihə”ləri siarişçiyə təqdim olunur. Bu layihələr texniki sənəd xarakteri daşıdığı üçün məqaləyə əlavə olunmayıb.
[7] VTS-in Pilot təhsil müəssisələrinə tətbiqinin ilk mərhələsində ÜİBS-in alfa versiyası hazır olmalı. Bu mərhələnin sonuna qədər beta versiyası üzərində işlər tamamlanmalıdır.
[8] Təhsil standartları beynəlxalq mahiyyət deyil, milli xarakter daşıyır. Hər bir dövlət öz təhsil standartlarını yaradır və bu təhsil standartı minimumunu daim qaldırmağa çalışır. Bu səbəbdən hər hansı inkişaf etmiş ölkənin təhsil standartlarını olduğu kimi Azərbaycan Təhsil sisteminə tətbiq etmək qətiyyən düzgün deyil və ümumilikdə təhsil sistemi üçün ciddi problemlər yaradır. Bu səbəbdən təhsil standartının minimumu ölkədəki təhsilin real vəziyyətinə görə müəyyən olunmalıdır. Bu minimumun yüksəldilməsi isə təhsilin keyfiyyətinin yüksəlməsi ilə bir-başa bağlıdır.
[9] TYQKS(Təhsildə Yoxlama, Qiymətləndirmə və Keçid Sistemi) və TTTS (Təhsildə Təlim/Tədris Sistemi) VTS-in funksional kompleks sistemlərdir. VTS-in digər sistemləri bir çox giriş parametrlərini bu sistemlərdən götürəcəklər.
[10] Alternativ DM elektron dərsliklər TSS (Təhsil Standartları Sistemi)-in alt-sistemləri tərəfindən ekspertiza olunub, lisenziya aldıqdan sonra istismara buraxılacaq. Təhsil standartlarının minimumları dəyişdikcə DM elektron dərslikləri üzərində operativ korrektə işləri aparılacaq.
[11] “Təklif Layihə” ümumi xarakter daşıdığı üçün, dəqiqləşdirmələr “Texniki Layihədə” öz əksini tapmalıdır.
[12] Pilot təhsil müəssisələrinin yaradılması və fəaliyyətini tənzimləmək üçün ayrıca “Makro Layihə” və “Texniki Layihə” sənədlərinin hazırlanası nəzərdə tutulub. Bu məsələ ƏTS-dən VTS-ə problemsiz keçidi həll etmək üçün zəruridir.
[13] Bu strukturlar təhsil sistemi ilə məşğul olan qurumların daxilində yaradılır.
[14] ƏTS-də mövcud, ekstern imtahanlar verərək növbəti təhsil pilləsinə keçidə bənzəyir.
[15] ƏTS-də bu anlamlar bir-birinə ziddirlər. Beləki, bu elementlərdən birinin güclənməsi avtomatik olaraq digərlərinin zəifləməsinə səbəb olur.
[16] 1998-ci ildə Bakı şəhəri, №98 saylı orta məktəbdə “İnformatikanın əsasları” fənni üzrə tətbiq olunub və VTS- TYQKS –sisteminin bir çox funksional imkanları burda öz əksini tapıb
[17] 2007-ci ildən ADPU-da tətbiq olunmağa başlanmışdır. http://www.soft.biz/ts_general/azl/mehsul/mehsul-6.htm ünvanında bu sistemin funksional imkanlarıla tanış ola bilərsiz.